Qazaxıstanda dəhşətli YANĞIN: 9-u uşaq olmaqla 12 nəfər ÖLÜB
Qazaxıstanın Türküstan vilayətində baş verən yanğında 9-u uşaq olmaqla 12 nəfər həyatını itirib.
BAKU.WS xəbər verir ki, bu məlumatı "KazTAG" agentliyinə vilayətin Fövqəladə Hallar Departamenti təsdiqləyib.
Məlumata görə, yanğın Jetısay rayonunun Alğabas kəndində yerləşən iki mərtəbəli fərdi yaşayış evində baş verib. Yanğınsöndürənlər hadisə yerinə çatdıqdan sonra evdə huşsuz vəziyyətdə olan 3 nəfəri aşkarlayıb və onları tibb əməkdaşlarına təhvil veriblər.
Bundan əlavə, içəridə 9 uşaq da daxil olmaqla ümumilikdə 12 nəfərin meyiti tapılıb.
Hazırda əraziyə cəlb edilmiş fövqəladə xidmətlər işini davam etdirir, faciənin başvermə səbəbləri araşdırılır.
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev həlak olanların ailələrinə başsağlığı verib. Prezident Administrasiyasının məlumatına görə, hökumətə və Türküstan vilayətinin rəhbərliyinə faciədən zərər çəkən ailələrə bütün lazımi yardımın göstərilməsi və hadisənin səbəblərinin hərtərəfli yoxlanılması tapşırılıb.
Oxşar xəbərlər
Şimali Koreya nüvə silahı ilə bağlı xəbərdarlıq edib
Koreya Xalq Demokratik Respublikası (KXDR) Cənubi Koreyanın atom sualtı qayıqları hazırlamaq planlarını tənqid edib. BAKU.WS xəbər verir ki, bu barədə "Bloomber...