Qapıçı ilə toqquşan futbolçu atasının gözü önündə ÖLDÜ - ANBAAN GÖRÜNTÜLƏR

Copa Peru matçı zamanı Perunun "Real Titan" klubunun 21 yaşlı futbolçusu Elar Qonzales Altamirano qapıçı ilə toqquşaraq dünyasını dəyişib.
BAKU.WS xəbər verir ki, bu barədə klub sosial şəbəkədə məlumat yayıb.

Bildirilib ki, hadisə oyunun 70-ci dəqiqəsində futbolçunun toqquşmadan sonra huşunu itirərək meydançaya yıxılması zamanı baş verib. Zərərçəkmiş təcili olaraq xəstəxanaya çatdırılsa da, həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb. Qeyd olunub ki, Altamiranonun atası oyunu tribunadan izləyib.
Peru Futbol Federasiyası (FPF) də futbolçunun vəfatından təəssüfləndiyini bildirib, ailəsinə, dostlarına və klubuna dərin hüznlə başsağlığı verib.


Oxşar xəbərlər
Çin ABŞ-dan neft alışını 90% azaldıb
Donald Trampın başladığı ticarət müharibəsi planlaşdırıldığı kimi getmədi və artıq ABŞ-ni iqtisadi dalana salıb. Trampın tətbiq etdiyi gömrük rüsumları Avropa İ...