Qadınların girişinin qadağan olunduğu yerlər

Qadınların girişinin qadağan olunduğu yerlər
Dünya 205

Dünyanın bir çox ölkəsində qadınların daxil olmasına icazə verilməyən yerlər var.

BAKU.WS xəbər verir ki, əsasən müqəddəs məkanlar və dini ibadət yerləri bu qadağanın tətbiq olunduğu ərazilərdir. Lakin qadınların daxil ola bilmədiyi yerlər təkcə dini məkanlarla məhdudlaşmır – bəzi təbiət parkları və hətta küçələr də bu siyahıya daxildir.

Almaniya, Yaponiya, Hindistan və Əfqanıstanda qadınların girişi qadağan olunan ən maraqlı məkanlar:

Qadınların girişinin qadağan olunduğu yerlər

1. Afos Dağı (Yunanıstan)
Ortodoks xristianlar üçün müqəddəs sayılan bu dağ UNESCO-nun Ümumdünya İrs Siyahısında yer alır. Təxminən 1000 ildir ki, qadınların bu dağa çıxmasına icazə verilmir. Hətta keşişlərin subaylıq əhdinə sadiq qalması üçün dişi heyvanların belə bu əraziyə buraxılmasına icazə verilmir.

Qadınların girişinin qadağan olunduğu yerlər

2. Sabarimala Məbədi (Hindistan)
Hindistanın Kerala ştatında yerləşən bu ibadət yerinə 10-50 yaş arası qadınların daxil olması qadağandır. Bu məbədin baş tanrısı Ayyappanın subay olduğuna inanılır və qadınların girişi ona hörmətsizlik hesab olunur.

Qadınların girişinin qadağan olunduğu yerlər

3. Band-e-Amir Milli Parkı (Əfqanıstan)
Hindukuş dağlarının ətəyində yerləşən bu möhtəşəm təbiət parkına qadınların girişi qadağandır. Yalnız kişilər bu ərazini ziyarət edə bilirlər.

Qadınların girişinin qadağan olunduğu yerlər

4. Omine Dağı (Yaponiya)
Honşu adasında yerləşən bu dağ UNESCO-nun Ümumdünya İrs Siyahısına daxildir. Şinto və buddist ibadət yerlərinin olduğu bu müqəddəs dağa qadınların girişi qadağandır. Yapon inanclarına görə qadınların bu dağın ruhunu narahat edə biləcəyi düşünülür.

Qadınların girişinin qadağan olunduğu yerlər

5. Herbertstrasse (Almaniya)
Almaniyanın Hamburq şəhərində yerləşən bu küçəyə qadınların və uşaqların daxil olmasına icazə verilmir. Bu ərazidə əsasən seks işçiləri yerləşdiyi üçün giriş yalnız kişilərlə məhdudlaşdırılıb.

Qadınların girişinin qadağan olunduğu yerlər

6. Okinoshima Adası (Yaponiya)
Fukuoka sahillərində yerləşən bu ada Şinto dininə mənsub rahiblər üçün müqəddəs sayılır. Adada yalnız kişilərin müəyyən vaxtlarda ziyarətinə icazə verilir. Qadınların isə adaya yaxınlaşması belə qadağandır.

Bu yerlər dünyada gender bərabərliyinin hələ də tam təmin olunmadığını göstərən nümunələr arasındadır və müzakirələrə səbəb olmağa davam edir.

Oxşar xəbərlər

Tramp xarici yardımda milyardlarla dolları dondurmağa çalışır

Tramp xarici yardımda milyardlarla dolları dondurmağa çalışır

ABŞ Prezidenti Donald Trampın administrasiyası Ali Məhkəmədən hökumətin əvvəllər Konqresin xarici yardım üçün ayırdığı milyardlarla dolların dondurulması qərarı...

42 Dünya 22:52 08 sentyabr 2025

Son xəbərlər