Qadın hamilə olduğunu öyrəndikdən 40 dəqiqə sonra övladı dünyaya gəldi
18
yan
2025
12:16
Şotlandiyada qəribə hadisə yaşanıb.
BAKU.WS xəbər verir ki, Anna Cekson adlı qız qarnında şiddətli ağrılarla xəstəxanaya gedib.
O müayinələrdən sonra hamilə olduğunu öyrənib.
"Onurğamın ortasında güclü bir təzyiq hiss etdim. Həkimlər hamilə olduğumu söylədikdə çox təəccübləndim. Sanki bir serial və ya filmdə idim"- deyə Anna qeyd edib.
O hamilə olduğunu öyrəndikdən 40 dəqiqə sonra isə övladı dünyaya gəlib.
Anna qızına Talia Smith adını verib.
Qalereya
Oxşar xəbərlər
"Fənərbağça" klubunun prezidentinin şərhinə görə tələbələr PULSUZ DÖNƏR yedilər
Sosial şəbəkələrdə restoran və iaşə obyektləri diqqət çəkmək və müştəri qazanmaq üçün fərqli üsullara əl atmağa davam edir. Bəziləri xüsusi şoularla, digərləri...