Qadın boşanmaq üzrə olduğu həyat yoldaşına hücum etdi - Qolunu dişləyib, boynunu bıçaqladı

Qadın boşanmaq üzrə olduğu həyat yoldaşına hücum etdi - Qolunu dişləyib, boynunu bıçaqladı
Video
Dünya 662

Türkiyənin Adana şəhərində dəhşətli olay yaşanıb.

BAKU.WS xəbər verir ki, 26 yaşlı Sabriye adlı qadın boşanma ərəfəsində olduğu həyat yoldaşı Mehmet A.-ya hücum edib.

Hadisə Seyhan bölgəsinin Kuruköprü məhəlləsində yaşanıb. Qadın uşağını qaçırdıb gizlətdiyini zənn edərək avtobus sürücüsü olan həhyat yoldaşına hücum edib. O əvvəl Mehmet A.-nı döyüb , daha sonra isə qolundan dişləyib. Ən sonda isə ona bıçaq çəkərək boynundan yaralayıb.

Bu zaman avtobusdakı sərnişinlər qadına müdaaxilə edib bıçağı əlindən almağa çalışıblar. Sözügedən kadrlar avtobusun təhlükəsizlik kameralaraı tərəfindən anbaan görüntülənib.

Davadan sonra Sabriye polisə, Mehmet A. isə yaxınlıqdakı xəstəxanaya aparılıb. Sabriye polis şöbəsində dindirildikdən sonra ona ev həbsi verilib.

Mehmet A. Sabriye ilə ayrıldığı üçün 2 yaşlı övladını qardaşına verdiyini bildirib.

Oxşar xəbərlər

Ukrayna Prezidenti: Rusiya heç bir ərazini hədiyyə almayacaq

Ukrayna Prezidenti: Rusiya heç bir ərazini hədiyyə almayacaq

Rusiya heç bir ərazini hədiyyə almayacaq, Ukrayna və onun müttəfiqləri ədalətli sülhə nail olmaq üçün bu ölkəyə təzyiqləri artıracaq. BAKU.WS AZƏRTAC-a istinadə...

58 Dünya 23:36 19 oktyabr 2025

Son xəbərlər