Qadın 13 yaşlı oğlunun dostu ilə ərinə xəyanət etdi
Texasda (ABŞ) 44 yaşlı Natali Sorrels yetkinlik yaşına çatmayan uşağın cinsi toxunulmazlığına qarşı cinayətlərdə təqsirli bilinib.
BAKU.WS xəbər verir ki, bu barədə "Local12" saytı məlumat yayıb.
Bildirilib ki, 2023-cü ilin aprel ayından etibarən daşınmaz əmlak agenti Sorrells oğlunun 13 yaşlı dostu ilə dəfələrlə intim münasibətdə olub. İttiham tərəfi qadının ən azı dörd hadisədə iştirakını sübut edə bilib: ilk ikisində o, oğlana nalayiq şəkildə toxunub. Sonrakı iki halda qadın uşaqla futbol matçından götürərkən maşında, daha sonra isə oğlu üçün etdiyi ziyafətdə onunla cinsi əlaqəyə girib.
Sorrelsin cinayətləri təsadüfən üzə çıxıb. Belə ki, qurbanın anası oğlunun telefonunda təsadüfən bir qadınla yazışmaları aşkar edib. Mesajlarda Sorrells uşağı "körpə" adlandırıb, bu, valideyni narahat edib.
Bu hadisədən bir neçə həftə sonra qurban anası ilə yetkin qadınla qarşılaşmasının təfərrüatlarını paylaşıb.
Şübhəli şəxs 2024-cü ilin fevralında həbs edilib. 2025-ci ildə o, iki maddə üzrə təqsirli bilinərək, 5 il həbs və 10 min dollar cərimə cəzasına məhkum edilib.
Oxşar xəbərlər
Ukrayna Krıma PUA hücumu edib - Yarımada işıqsız qaldı
Ukrayna iyunun 23-nə keçən gecə ilhaq edilmiş Krım yarımadasına pilotsuz uçuş aparatları ilə genişmiqyaslı hücum həyata keçirib. BAKU.WS "RBC-Ukraina"ya istinad...