Qadağaları ilə adətlərimizi xatırladan ÖLKƏ

Baku TV-nin "Oralarda necədir?" rubrikasının yeni buraxılışında toxunulmamış təbiəti, kokos bağları, təmiz çayları, boş çimərlikləri ilə məşhur olan Dominikan Respublikasından bəhs olunub.
Burada dünyaya övlad gətirən qadınlara olan qadağalar bəzi köhnə adətlərimizi xatırladır.
Belə ki, uşağın qırxı çıxana qədər qadınlar çimməməli, dırnaqlarına boya sürməməli və küçəyə çıxmamalıdırlar. Düzdür, çimmək məsələsi bizdə qadağa olunmayıb. Bu adəti qadının orqanizminin zəifləməsi ilə izah edirlər.
Dominikanada 13 yaşlı qızların hamilə qalması problemlərdən biridir. Lakin valideynlərin özləri də ilk övladlarını 13-14 yaşında dünyaya gətirdiklərindən bu cür hallara öyrəşiblər. Bu ölkədə demək olar ki, hər kəsin saçı qıvrımdır.
Belə saçla işə getmək olmaz, hər kəs saçını düzləşdirməyə məcburdur. Bu halda qadın saç ustalarının da işi pis getmir və onlar hər müştəridən 6 dollar, yəni 10 manat alırlar. İşlər yaxşı gedərsə, saç ustaları aya 755 dollar, yəni təxminən 1 283 manat qazanırlar.
Ətraflı süjetdə:
Oxşar xəbərlər
Yeni filmdə "Şaban" rolunu bu aktyor canlandıracaq
Məşhur aktrisa Adile Naşitin həyatından bəhs edən filmin çəkilişləri davam edir. BAKU.WS xəbər verir ki, ekran işində Şabanı yəni Kemal Sunalı canlandıracaq ak...
