Putin: Ukrayna tərəfdən qadağa olduğu halda danışıqlar barədə nəsə söyləmək çətindir

Putin: Ukrayna tərəfdən qadağa olduğu halda danışıqlar barədə nəsə söyləmək çətindir
Dünya 53

Ukrayna tərəfindən qadağan olunduğu bir şəraitdə danışıqların aparılması barədə ciddi danışmaq çətindir.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin bildirib.

Onun sözlərinə görə, Qərb Ukrayna Prezidenti Volodimir Zelenskini danışıqlara qoyulan qadağanı ləğv etməyə məcbur etməlidir.

"Əlbəttə, bəzi ilkin konturlar hazırlana bilər, lakin hansısa ciddi danışıqlardan, təbii ki, Ukrayna tərəfinin qadağasını nəzərə alsaq, söhbət açmaq kifayət qədər çətindir", - Putin deyib.

Eyni zamanda, o vurğulayıb ki, Rusiya Ukrayna ilə bağlı, o cümlədən ABŞ ilə danışıqlara hazırdır.

"Biz ABŞ-nin hazırkı prezidentinin birgə işləməyə hazır olması barədə bəyanatlarını görürük. Buna hər zaman açığıq", - prezident söyləyib.

Oxşar xəbərlər

Son xəbərlər