Putin Rusiya Silahlı Qüvvələrinin şəxsi heyətinin sayını artırıb
16
sen
2024
15:44
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya prezidenti Vladimir Putin Silahlı Qüvvələrinin şəxsi heyətini artırıb.
Bununla bağlı müvafiq fərman rəsmi portalda dərc olunub.
Rusiya ordusunun ştat sayı 2 milyon 389 min nəfərə, o cümlədən bir milyon yarım hərbçiyə çatdırılıb. Dövlət başçısının fərmanı 2024-cü il dekabrın 1-dən qüvvəyə minir.
Putin həmçinin Rusiya hökumətinə federal büdcədən qoşunların yenilənmiş ştat səviyyəsinin yaradılmasını həyata keçirmək üçün lazım olan vəsaitin Müdafiə Nazirliyi üçün ayrılmasını təmin etməyi tapşırıb.
Oxşar xəbərlər
ABŞ-də nüvə laboratoriyasında yanğın: radioaktiv maddələr sızdı
ABŞ-nin Cənubi Karolina ştatında yerləşən nüvə kompleksində yanğın baş verib. Hadisə zamanı radioaktiv maddələrin ətraf mühitə sızması qeydə alınıb. Təhlükəsizl...