Putin Gürcüstan vətəndaşları üçün vizasız rejimi genişləndirib
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstan vətəndaşları üçün vizasız rejimi genişləndirilib.
BAKU.WS xəbər verir ki, bununla bağlı Rusiya Prezidenti Vladimir Putin fərman imzalayıb.
Hüquqi aktlar portalında dərc edilən yenilənmiş fərmanda əvvəllər viza tələb olunan istisnalar artıq mövcud deyil.
Gürcüstan vətəndaşları üçün 2000-ci ildə tətbiq edilən viza rejimini ləğv edən fərman 2023-cü ilin mayında dərc edilib. Halbuki, o zaman Rusiyada işləməyi və ya ölkədə 90 gündən çox qalmağı planlaşdıran şəxslər üçün hələ də viza tələb olunurdu.
İndi yeni sənəd bütün Gürcüstan vətəndaşlarına səfərin məqsədindən asılı olmayaraq Rusiyaya vizasız daxil olmaq imkanı verir.
Oxşar xəbərlər
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
ABŞ Konqo Demokratik Respublikasının (KDR) şərqində fəaliyyət göstərən M23 silahlı qruplaşmasına dəstək verdiyinə görə Ruanda Müdafiə Nazirliyi və bir maliyyə t...