Putin bu tarixdə Qazaxıstana səfər edəcək
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Prezidenti Vladimir Putin may ayında Qazaxıstana dövlət səfəri edəcəyini və Ali Avrasiya İqtisadi Şurasının (AİİŞ) sammitində iştirak edəcəyini təsdiqləyib.
BAKU.WS xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev AİİŞ sammiti ilə əlaqəli şəkildə Putini Qazaxıstana dövlət səfərinə dəvət edib.
"Dəvət minnətdarlıqla qəbul olunub", - deyə açıqlamada bildirilir.
Bir gün əvvəl Rusiyanın Qazaxıstandakı səfiri Aleksey Borodavkin Moskva və Astananın 2026-cı ildə Putinin respublikaya səfərinin tarixlərini müzakirə etdiyini açıqlamışdı.
Oxşar xəbərlər
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
ABŞ Konqo Demokratik Respublikasının (KDR) şərqində fəaliyyət göstərən M23 silahlı qruplaşmasına dəstək verdiyinə görə Ruanda Müdafiə Nazirliyi və bir maliyyə t...