Putin adına Xüsusi Təyinatlı Qüvvələr Universitetinə PUA hücumundan görüntü
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya prezidenti Vladimir Putinin adını daşıyan və Qudermesdə yerləşən Çeçenistandakı Rusiya Xüsusi Təyinatlı Qüvvələri Universitetinin ərazisinə pilotsuz təyyarənin hücumunun nəticələrini əks etdirən görüntü yayılıb.
BAKU.WS xəbər verir ki, bu, "Baza" teleqram kanalında yayımlanıb.
Görüntülərdə binanın damında yanğın baş verdiyi əks olunub. Eyni zamanda binalardan alov püskürür və qara tüstü çıxır.
Xatırladaq ki, bu gün pilotsuz təyyarə Çeçenistana hücum edib. Regionun rəhbəri Ramzan Kadırovun sözlərinə görə, bu, Bakı vaxtilə təxminən 07:30-da baş verib.
Nəticədə Rusiya Xüsusi Təyinatlı Qüvvələri Universitetinin boş binasında yanğın başlayıb və artıq söndürülüb. Heç kim xəsarət almayıb.
Oxşar xəbərlər
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
ABŞ Konqo Demokratik Respublikasının (KDR) şərqində fəaliyyət göstərən M23 silahlı qruplaşmasına dəstək verdiyinə görə Ruanda Müdafiə Nazirliyi və bir maliyyə t...