Polşada üçüncü Reyxin "Qızıl" qatarının tapıldığı iddia edilir
Yeniliklərdən dərhal xəbərdar olun
Polşa hakimiyyət orqanlarına Üçüncü Reyxin qızılla dolu əfsanəvi qatarının tapıldığı barədə anonim mesaj gəlib.
BAKU.WS xəbər verir ki, bu barədə Britaniyanın "Daily Mail" nəşri məlumat yayıb.
Məlumata görə, nasist qatarının vaqonları Polşanın cənub-qərbində yerləşən Valbrşix şəhəri yaxınlığındakı tuneldədir. Rəvayətə görə, müharibənin sonunda Qırmızı Ordunun irəliləməsindən qaçan alman zirehli qatarı özü ilə qiymətli yükü - talan edilmiş qızılları, zinət əşyalarını və sənət əsərlərini götürərək Vrotslavı tərk edib.
Qatar Valzbiç stansiyasına doğru gedirmiş, lakin oraya çatmayıb. Həvəskar tədqiqatçılar hələ də qatarın yerli tunellərdə hardasa gizləndiyinə inanırlar. Məlumatda bildirilir ki, bu tunellərdən birində İkinci Dünya Müharibəsindən qalma üç dəmir yolu vaqonu tapılıb.
"Hər bir vaqonun uzunluğu təqribən 12 metr, eni və hündürlüyü dörd metrdir. Vaqonlar tunelin girişindəki bağlı sürüşən polad darvazalar arxasında yerləşir. İçərisində qiymətli metallar, o cümlədən qızıl var", - məktubda deyilir.
Oxşar xəbərlər
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
ABŞ Konqo Demokratik Respublikasının (KDR) şərqində fəaliyyət göstərən M23 silahlı qruplaşmasına dəstək verdiyinə görə Ruanda Müdafiə Nazirliyi və bir maliyyə t...