Polşada Kaçinskinin müxalifət partiyası Seymin 40 deputatını itirib
Polşanın müxalifət "Hüquq və Ədalət" partiyası partiyadaxili parçalanma nəticəsində Seymin 40 deputatını itirib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu partiyanın lideri Yaroslav Kaçinski bildirib.
Y.Kaçinskinin sözlərinə görə, bu, onunla sabiq baş nazir Mateuş Moravetski arasında hakimiyyət uğrunda gedən kəskin mübarizədən sonra baş verib.
Bu, Polşanın əsas müxalifət partiyasında iyirmi ildən artıq müddət ərzində ən böyük parçalanma olub və 2027-ci il parlament seçkiləri ərəfəsində "Hüquq və Ədalət" partiyasının gələcək kursu ətrafında həftələrlə davam edən gərgin mübarizənin ardınca baş verib.
Partiyadaxili münaqişə sədr Kaçinskinin timsalında "Hüquq və Ədalət" partiyasının rəhbərliyinin öz üzvlərinə siyasi fəaliyyət aparan digər təşkilatlara üzv olmağı qadağan etmək barədə qərarından sonra kəskinləşib. M.Moravetski mənfi konnotasiyalar daşıdığını bildirərək, "loyallıq bəyannaməsi" adlandırdığı sənədi imzalamaqdan imtina edib. Aparılan danışıqlar heç bir razılaşma ilə nəticələnməyib.
Oxşar xəbərlər
WSJ: Küveyt və Bəhreyn iyulda İrana gizli şəkildə zərbələr endirib
Küveyt və Bəhreyn iyul ayında İran ərazisinə gizli şəkildə zərbələr endirib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə mənbələrə istinadən "The Wall...