Piskopos kilsə vəsaitini mənimsəyib əyləncəyə xərclədi
ABŞ-də bir piskoposun kilsəyə məxsus vəsaiti mənimsədiyi iddiaları böyük qalmaqala səbəb olub.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, din xadiminin kilsə fondlarından təxminən 250 min dolları şəxsi məqsədləri üçün istifadə etdiyi iddia edilir. Bildirilir ki, həmin vəsaitin bir hissəsi Meksikaya səfərlər və əyləncə məqsədli xərclər üçün sərf olunub.
Məlumatların yayılmasından sonra kilsə rəhbərliyi məsələ ilə bağlı araşdırmaya başlayıb. Aparılan ilkin yoxlamalardan sonra sözügedən piskoposun vəzifəsindən uzaqlaşdırıldığı açıqlanıb.
Rəsmi şəxslər bildiriblər ki, kilsə vəsaitlərinin mümkün qanunsuz istifadəsi ilə bağlı araşdırma davam edir və hadisənin hüquqi tərəfi də ayrıca qiymətləndirilir.
Qalmaqal ABŞ-də dini qurumlarda maliyyə şəffaflığı və hesabatlılıq məsələlərinin yenidən müzakirəyə çıxarılmasına səbəb olub.
Oxşar xəbərlər
ABŞ-nin İraqda qəzaya uğrayan təyyarəsində 4 hərbçi həlak oldu
İraq üzərində "KC-135" yanacaq doldurma təyyarəsinin qəzaya uğraması nəticəsində dörd amerikalı hərbçi ölüb. BAKU.WS xəbər verir ki, bu barədə "The Times of Isr...