Pezeşkian: Xamenei 7-8 saat müzakirə apara biləcək qədər sağlamdır
İranın Ali Rəhbəri Ayətullah Seyid Müctəba Xamenei tam sağlam idi.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian siyasi fəallarla görüşündə İranın Ali Rəhbəri ilə keçirdiyi 7 saatlıq görüşdən danışarkən bildirib.
Pezeşkian deyib ki, Ali Rəhbərin sağlamlıq vəziyyəti tam qaydasında olub.
"7-8 saat oturub müzakirə apara bilən bir şəxsin sağlamlıq baxımından problemi ola bilməz. O, bizim sözlərimizi çox rahatlıqla dinləyirdi, müzakirə aparırdı və öz fikirlərini də bildirirdi", – İran Prezidenti qeyd edib.
Pezeşkian görüşün çox yaxşı keçdiyini deyib. O əlavə edib ki, həmin toplantıda bütün problemlər və narahatlıqlar səsləndirilib.
Oxşar xəbərlər
İranda müharibə zamanı 7 250 nəfər dağıntılar altından xilas edilib
ABŞ və İsrailin İrana qarşı fevralın 28-də başladığı hərbi əməliyyatlar zamanı ölkə üzrə 7 250 nəfər dağıntılar altından sağ çıxarılıb. BAKU.WS xəbər verir ki,...