Pezeşkian: Nüvə silahı ilə bağlı istənilən yoxlamaya hazırıq
İran Prezidenti Məsud Pezeşkian bildirib ki, rəsmi Tehran tibb, kənd təsərrüfatı və sənayedə dinc məqsədlərlə həyata keçirilən nüvə proqramından imtina etməyəcək.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb.
"Daha hansı dildə deyək ki, məqsədimiz nüvə silahına sahib olmaq deyil?! Çünki nüvə silahının qadağası ilə bağlı ali rəhbərin (Əli Xamenei – red.) də fətvası var", - Pezeşkian qeyd edib.
"Nüvə silahı ilə bağlı istənilən yoxlamaya hazırıq", - İran Prezidenti əlavə edib.
Qeyd edək ki, İran Prezidentin ictimai fəallarla görüşüb. Görüşün təfərrüatları fevralın 17-də açıqlanıb.
Oxşar xəbərlər
"Nüvə savaşı"nın aqibəti - ABŞ-İran danışıqları necə nəticələnəcək?
Vaşinqton və Tehran arasında danışıqlar Omandan sonra Cenevrədə keçirilir. İki tərəf arasındakı diplomatik təmaslar öz nəticəsini verəcəkmi? İran uran zənginləş...