Pezeşkian məktəbə zərbə endirilməsi ilə bağlı bütün imkanların səfərbər edilməsinə çağırıb

Pezeşkian məktəbə zərbə endirilməsi ilə bağlı bütün imkanların səfərbər edilməsinə çağırıb
Dünya 67

İran Prezidenti Məsud Pezeşkian ölkənin cənubunda İsrail və ABŞ-nin məktəbə zərbə endirməsi ilə bağlı açıqlama yayıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, M. Pezeşkianın sözügeədn açıqlaması İranın Azərbaycandakı səfirliyinin "Telegram" kanalında paylaşılıb.

"Bu vəhşi və insanlıqdan uzaq əməl, bu torpağa qarşı törədilmiş saysız-hesabsız cinayətlərin qara salnaməsində daha bir səhifə olmaqla, xalqımızın tarixi yaddaşından heç vaxt silinməyəcək", - Pezeşkian bildirib.

"Eyni zamanda, regionda fəaliyyət göstərən xilasetmə, tibbi və aidiyyəti qurumlardan istəyirəm ki, bütün mövcud imkanlarını səfərbər edərək bu faciə zamanı xəsarət almış şəxslərin vəziyyətinə təxirə salınmadan, fasiləsiz və ən yüksək prioritetlə baxılmasını, habelə zərərçəkmiş ailələrin hərtərəfli qayğı ilə əhatə olunmasını təmin etsinlər", - mesajda qeyd olunub.

Qeyd edək ki, İranın cənubundakı Minab şəhərində ABŞ və İsrailin endirdiyi zərbə nəticəsində məktəbin təxminən 160 şagirdi həlak olub.

Oxşar xəbərlər

Son xəbərlər