Pezeşkian: ABŞ-nin təzyiqləri qarşısında geri çəkilməyəcəyik

Pezeşkian: ABŞ-nin təzyiqləri qarşısında geri çəkilməyəcəyik
Dünya 42

Məsud Pezeşkian bildirib ki, İran nüvə danışıqlarında ABŞ-nin təzyiqləri qarşısında geri çəkilməyəcək. Onun sözləri Vaşinqtonun Tehrana qarşı mümkün məhdud hərbi addımları nəzərdən keçirməsi ilə bağlı açıqlamalardan sonra səslənib.

BAKU.WS "Əl-Cəzirə"yə istinadən xəbər verir ki, prezident çıxışını Fars körfəzində artan gərginlik fonunda edib.

Paralimpiya idmançıları ilə görüşdə danışan Pezeşkian vurğulayıb ki, ölkəsi xarici təzyiqlər qarşısında geri addım atmayacaq və İranı mövqeyindən döndərmək cəhdləri nəticəsiz qalacaq. O, çətinliklərə baxmayaraq, milli maraqların qorunacağını qeyd edib.

Son xəbərlər