Pezeşkian 30 milyon könüllüdən kömək istəyib
İran Prezidenti Məsud Pezeşkian 30 milyon könüllüdən kömək istəyib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bununla bağlı SNNTV məlumat yayıb.
"30 milyon könüllü, lütfən, enerji istehlakının idarə olunmasında bizə kömək edin, sənaye üçün elektrik və qazı kəsmək olmaz", - Pezeşkian bildirib və əlavə edib ki, bu işdə hər kəs iştirak etməlidir.
Qeyd edək ki, İran Prezidenti bunu ölkənin Daxili İşlər Nazirliyində çıxışında deyib və problemlərin ABŞ ilə İsrailin İrana son hücumlarından sonra qabardığını xatırladıb.
Xatırladaq ki, ABŞ və İsrail 2026-cı il fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın Ali rəhbəri Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, Küveyt, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.
İran, ABŞ və onların müttəfiqləri aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər. Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar aparılıb. Saatlarla davam edən danışıqlar tərəflərin mövqelərindəki fərqlərə görə nəticəsiz başa çatıb.
Oxşar xəbərlər
Zelenski: Kiprdə Ukraynanın Aİ-yə üzvlüyü prosesinin inkişafı barədə razılıq əldə olunub
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Kiprdə Ukraynanın Avropa İttifaqına (Aİ) daxil olması üzrə danışıqlar klasterlərinin artıq 2026-cı ildə blokd...