Peruda meşə yanğını fəlakəti: 3 bölgədə fövqəladə vəziyyət elan edilib

Peruda meşə yanğını fəlakəti: 3 bölgədə fövqəladə vəziyyət elan edilib
Dünya 29

Peru prezidenti Dina Boluarte meşə yanğınlarından zərər çəkmiş 3 bölgədə fövqəladə vəziyyət elan edildiyini açıqlayıb.

BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, yanğınlarda indiyədək 16 nəfər ölüb.

Prezident Boluarte açıqlamasında iyul ayından bəri San Martin, Ucayali və Amazonas bölgələrində meşə yanğınlarının davam etdiyini xatırladıb.

Prezident bildirib ki, bu bölgələrdə fövqəladə vəziyyət elan edilib.

San Martin, Ucayali və Amazonasda 230-dan çox meşə yanğınının baş verdiyini qeyd edən Boluarte, bunların təxminən 80 faizinin nəzarət altında olduğunu bildirib.

Yanğınların böyük əksəriyyətinin insan fəaliyyətindən qaynaqlandığına diqqət çəkən Boluarte fermerlərdən küləş yandırmağı dayandırmalarını istəyib.

Qeyd edək ki, Peruda yanğınlar iyul ayından bəri baş verir.

Oxşar xəbərlər

Castin və Heyli ayrılıb?

Castin və Heyli ayrılıb?

Bir neçə gün əvvəl Heyli Biberin 28 yaşı tamam olub. Bu yaxınlarda ilk dəfə ana olan model özəl gününü yaxınları ilə birlikdə qeyd edib və görüntüləri sosial şə...

94 Dünya 23:02 24 noyabr 2024

Son xəbərlər