Peruda 3 500 illik qədim şəhər aşkarlandı
Yeniliklərdən dərhal xəbərdar olun
Perunun şimalında, Barranka bölgəsində 3 500 il yaşı olan qədim Peñico şəhəri aşkarlanıb.
BAKU.WS haber global-a istinadən xəbər verir ki, arxeoloqlar bu şəhərin qədim dövrlərdə mühüm ticarət və mədəniyyət mərkəzi olduğunu bildirirlər.
Qazıntılar zamanı ibadət məbədləri, yaşayış binaları və antik əşyalar, o cümlədən dəniz qabıqlarından hazırlanmış boyunbağılar tapılıb. Peñico şəhərinin, Amerika qitəsinin ən qədim sivilizasiyası sayılan Caral mədəniyyətinin davamı olduğu vurğulanır.
Arxeoloqlar hesab edir ki, bu kəşf qədim cəmiyyətlərin miqrasiyası və inkişafı barədə yeni məlumatlar verir. Peru bu cür tapıntılarla dünyanın aparıcı arxeoloji mərkəzlərindən biri kimi tanınmağa davam edir.
Oxşar xəbərlər
32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi
Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...