Pataqoniyada meşə yanğınları: 37 min hektar ərazi kül olub

Pataqoniyada meşə yanğınları: 37 min hektar ərazi kül olub
Dünya 31

Argentinanın cənubundakı Pataqoniya bölgəsində davam edən meşə yanğınlarında 37 min hektar ərazinin kül olduğu bildirilib.

BAKU.WS xəbər verir ki, ölkə mətbuatının məlumatına görə, Argentina turizmi üçün önəmli olan Pataqoniyadakı iki milli parkda başlayan yanğınlar sürətlə genişlənib.

Argentina Prezidentinin sözçüsü Manuel Adorni yanğınlarla mübarizəni gücləndirmək üçün Federal Fövqəladə Hallar Agentliyinin yaradılacağını açıqlayıb:

"Dövlət başçısı, bölgəmizdəki fəlakətlərlə daha effektiv mübarizə aparmaq üçün Milli Təhlükəsizlik Nazirliyinin tərkibində Federal Fövqəladə Hallar Agentliyinin yaradılmasına qərar verib."

Təhlükəsizlik naziri Patrisia Bullriç isə agentliyin əhəmiyyətinə toxunaraq bildirib ki, ölkə daxilində fövqəladə hallara müdaxilə edən 12 fərqli qurum var. Yeni yaradılacaq agentlik isə bütün təcili vəziyyətlərə real vaxt rejimində və daha təsirli şəkildə cavab verəcək.

Mütəxəssislər iqlim dəyişikliyi və insan fəaliyyəti səbəbindən Argentinada hər il minlərlə hektarlıq meşə sahəsinin məhv olduğunu vurğulayırlar.

Son xəbərlər