Paşinyan Vatikanda Roma Papası ilə görüşəcək
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanın Baş naziri Nikol Paşinyan oktyabrın 18-dən 20-dək Vatikanda işgüzar səfərdə olacaq.
BAKU.WS "Report"a istinadən xəbərinə görə, bu barədə Baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan məlumat verib.
Məlumata görə, oktyabrın 19-da Paşinyan arxiyepiskop İqnatiya Maloyanın və daha altı nüfuzlu müqəddəsin müqəddəs Pyotr meydanında Roma Papası XIV Leonun sədrliyi ilə keçiriləcək kanonizasiya (ölən şəxsin rəsmi olaraq müqəddəs kimi tanındığı və adının müqəddəslər siyahısına əlavə edildiyi rəsmi kilsə tədbiri -red) mərasimində iştirak edəcək.
Səfər çərçivəsində Ermənistanın Baş nazirinin Roma Papası, eləcə də Vatikanın dövlət katibi kardinal Pyetro Parolinlə görüşü nəzərdə tutulub.
Oxşar xəbərlər
Əndəlüs rəhbərliyi dəmiryol qəzasından sonra üçgünlük matəm elan edib
İspaniyanın Əndəlüs muxtar regionunun rəhbərliyi onlarla insanın həyatına son qoyan dəmiryol qəzası ilə əlaqədar üçgünlük matəm elan edib. BAKU.WS "Report"a ist...