Papa Ukrayna müharibəsi ilə bağlı çağırış etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Roma Papası XIV Leo Ukraynada davam edən müharibədən narahatlığını ifadə edib və zorakılığın dayandırılmasına çağırıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Vatican News" məlumat yayıb.
Papa "Angelus" duasından sonra Ukrayna və Rusiyada çoxsaylı insanın öldüyünü və yaralandığını bildirib. O, mülki əhali arasında itkilərin artdığını vurğulayıb.
XIV Leo münaqişənin dayandırılmasının və diplomatik dialoqa qayıdılmasının vacibliyini qeyd edib.
"Artıq zorakılıq dövrünü dayandırmaq və diplomatiya ilə dialoqa yol açaraq sülhə gedən yolu açmaq vaxtıdır", - deyə Papa bildirib.
Oxşar xəbərlər
32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi
Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...