Pakistanın Əfqanıstan ərazisinə hücumları nəticəsində ölənlər var

Pakistanın Əfqanıstan ərazisinə hücumları nəticəsində ölənlər var
Dünya 12

Taliban Pakistanın Əfqanıstan ərazisinə yeni hava zərbələri endirdiyini açıqlayıb.

BAKU.WS xəbər verir ki, Taliban sözçüsü Zabiullah Mücahid "X" sosial şəbəkəsində bildirib ki, Pakistan ordusu ötən gecə Kunar, Xost və Paktika vilayətlərini hədəfə alıb.

Məlumata əsasən, hava hücumları nəticəsində 13 nəfər həyatını itirib. Ölənlər arasında 11 uşaq, bir yaşlı kişi və bir qadın olduğu bildirilir.

Bundan başqa, hadisə zamanı daha 14 qadın və uşağın yaralandığı qeyd edilib.

Qeyd olunur ki, bir neçə ay əvvəl Pakistan və Əfqanıstan arasında gərginlik silahlı qarşıdurmaya çevrilmiş, daha sonra ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə tərəflər arasında atəşkəs əldə olunmuşdu.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər