Pakistanda məsciddə partlayış: 4 ölü, 12 yaralı var
Yeniliklərdən dərhal xəbərdar olun
Pakistanın şimal-şərqində, Akora Hattak şəhərində yerləşən Darul Ulum Haqqaniyya məscidində partlayış baş verib.
BAKU.WS xəbər verir ki, hadisə nəticəsində ən azı dörd nəfər həyatını itirib, 12 nəfər yaralanıb.
Partlayış müsəlmanların müqəddəs Ramazan ayı öncəsi keçirilən son cümə namazı zamanı baş verib. Hadisədən sonra tibb müəssisələrində yüksək hazırlıq səviyyəsi elan edilib.
Darul Ulum Haqqaniyya mədrəsəsi Pakistanda ən böyük İslam məktəblərindən biri hesab olunur. Hazırda hadisə ilə bağlı araşdırmalar aparılır.
#BREAKING: Massive Sucide Bombing has taken place in Haqqania Madrassa in Akora Khattak of Khyber Pakhtunkhwa in Pakistan during Friday prayers killing 20 and injuring several others. The bombing was to target son of father of Taliban. JUI-S chief Maulana Hamid-ul-Haq and his son… pic.twitter.com/FhiXTqS4jP
— Aditya Raj Kaul (@AdityaRajKaul) February 28, 2025
Oxşar xəbərlər
32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi
Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...