Pakistanda bombalı hücum: 3 polis ölüb, 19 nəfər yaralanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Pakistanın cənub-qərbində yerləşən Bəlucistan əyalətinin Mastunq bölgəsində baş verən bombalı hücum nəticəsində 3 polis əməkdaşı həlak olub, 19 nəfər isə yaralanıb.
BAKU.WS xarici KİV-ə istiandən xəbər verir ki, rəsmi məlumata görə, təhlükəsizlik qüvvələrini daşıyan avtomobilə pusqu qurularaq hücum edilib.
Baş nazir Şahbaz Şərif hadisəni qınayaraq, ölkədə terrorla mübarizənin davam etdiriləcəyini bildirib. Pakistan mətbuatında hücumun Bəlucistan Azadlıq Ordusu (BLA) tərəfindən təşkil edilmiş ola biləcəyi iddia olunur.
Digər tərəfdən, Hayber Paxtunxva əyalətinin Dera İslamil Xan bölgəsində iki uşaq iflici (poliomielit) mütəxəssisinin silahlı şəxslər tərəfindən qaçırıldığı bildirilib.
Oxşar xəbərlər
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
ABŞ Konqo Demokratik Respublikasının (KDR) şərqində fəaliyyət göstərən M23 silahlı qruplaşmasına dəstək verdiyinə görə Ruanda Müdafiə Nazirliyi və bir maliyyə t...