Pakistan və Əfqanıstan sərhədində yenidən silahlı toqquşma baş verib
Pakistan və Əfqanıstan sərhədində yeni döyüşlər olub.
BAKU.WS "Tolo News"a istinadən xəbər verir ki, Pakistan ordusu Xayber Paxtunxva əyalətindəki Kurram bölgəsində blokpostlara edilən hücuma cavab olaraq Əfqanıstan ərazisindəki silahlı qruplara zərbə endirib.
Məlumata görə, Nəngərhar vilayətinin Açinin Bandar rayonunda Taliban qüvvələri ilə Pakistan sərhədçiləri arasında toqquşma baş verib. Hər iki tərəf yüngül və ağır silahlardan istifadə edib.
Hazırda itkilər və dağıntılar barədə dəqiq məlumat yoxdur.
Qeyd edək ki, oktyabrın 10-da da sərhəd boyunca gərgin döyüşlər yaşanmış, bəzi bölgələrdə Pakistan qüvvələri mövqelərini tərk etmişdi.
Əfqanıstan hökuməti Pakistana hava məkanını pozmaqda və aviazərbələr endirməkdə ittiham etmiş, daha sonra "cavab əməliyyatının" uğurla başa çatdığını bildirmişd
Oxşar xəbərlər
Putin və Tramp Rusiya-Ukrayna münaqişəsinin nizamlanmasını müzakirə ediblər
Rusiya Prezidenti Vladimir Putin və ABŞ lideri Donald Tramp telefon danışığı aparıblar. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə ölkə prezidentinin...