Özcan Deniz qardaşının onun 150 milyonunu oğurladığını iddia edir

Özcan Deniz qardaşının onun 150 milyonunu oğurladığını iddia edir
Dünya 111

Müğənni Özcan Denizin ailəsi ilə arasındakı gərgnlik bitmək bilmir.

BAKU.WS xəbər verir ki, sənətçinin qardaşı Ercan Deniz "Gel Konuşalım" verilişinə açıqlamasında qardaşının onlar haqqında söylədiyi ittihamların yalan olduğunu bildirib:

"Əslində "Heç vaxt etməyəcəm" dediyim bir şeyi edirəm. Özcan daimi olaraq sosial şəbəkə hesabənda paylaşım edir. Mən ona dedim ki, heçnə paylaşmasın. Ailəmizin ən kiçiyi 45 yaşındadı. Televiziyalarda Özcan Deniz ailəsinə baxdı kimi fikirlər səsləndirilir.

Özcan hansı ailə üzvünə baxıb ya ona pul göndərib? Uşaqlarıma və ailəmə özüm baxıram. Özcan Deniz 19 yaşında Almaniyaya getdi. Daha sonra 25 yaşında qayıtdı. Bu qədər il ailəmizə kim baxıb? Onun qazancının yüzdə 15 faizini alsaydım indi varlı adam idim. Evdə Samarın söz haqqı yoxdur. Şirkətlərin hamısı bacımın adına idi. Onun üçün dğru olanı etməyə çalışıram. Amma o, qardaşım 150 milyonumu oğurladı".

Son xəbərlər