Özbəkistanda kitab oxuyan məhkumların cəzası azaldılacaq
Özbəkistan Senatı kitab oxuyan məhbusların həbs müddətinin azaldılmasını nəzərdə tutan qanunu təsdiqləyib.
BAKU.WS xəbər verir ki, bu barədə respublikanın qanunverici orqanının mətbuat xidməti məlumat yayıb.
"Müəyyən olunur ki, Respublika Mənəviyyat və Maarif Mərkəzi tərəfindən təsdiqlənmiş, məhkumlarda düzgün mənəvi-əxlaqi dəyərlərin formalaşdırılmasına yönəlmiş ədəbiyyat siyahısından kitab oxunması və həmin kitabların oxunduğunun təsdiqlənməsi halında, Komissiyanın rəyinə əsasən, hər bir oxunmuş kitaba görə cəzaçəkmə müddəti üç gün azaldıla bilər, lakin ildə 30 gündən çox olmamaq şərtilə," - deyə məlumatda bildirilir.
Oxşar xəbərlər
Tramp Rusiyada həbsdə olan keçmiş dəniz piyadasının azad edildiyini təsdiqləyib
ABŞ Prezidenti Donald Tramp Rusiyada 2022-ci ildən həbsdə saxlanılan keçmiş dəniz piyadası Robert Gilmanın azad edilərək ABŞ-a yola salındığını açıqlayıb. BAKU....