Özbəkistanda bu avtomobillərin idarə edilməsi qadağan edilib
Özbəkistanda fevral ayının əvvəlindən etibarən yaşı 50 ildən çox olan avtomobillərin istismarı və yenidən qeydiyyatı qadağan edilib.
BAKU.WS xəbər verir ki, bu, hökumət qərarında qeyd olunub. Belə avtomobillər artıq dövlət qeydiyyatından çıxarılıb.
Qeyd edilən tarixdən etibarən tam kütləsi 44 tondan artıq olan yük avtomobilləri üçün dövlət nömrə nişanları tətbiq edilib. Yeni qayda mədən və karxanalarda istifadə olunan texnikaya, hüquqi şəxslərə məxsus marşrut taksilərinə, eləcə də antikvar avtomobillərə də şamil olunur.
Həmçinin 1 fevraldan avtomobilin qeydiyyat şəhadətnaməsində sahibinin ünvanını göstərməyə ehtiyac qalmayıb. Qeydiyyat zamanı tələb olunan bütün sənədlər dövlət orqanları tərəfindən elektron şəkildə avtomatik əldə edilir.
Xatırladaq ki, ötən ilin noyabr ayında Özbəkistanda 101,1 min avtomobil satılıb. İllik artım 6% təşkil edib. Ən yüksək artım paytaxtda və Qaraqalpaqıstanda qeydə alınıb - müvafiq olaraq 33,7% və 8%.
Oxşar xəbərlər
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü ilə əlaqədar təbrik edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib. BAKU.WS xəbər verir ki, Türkiyə Prezidenti bu barədə "X...