Övlad itkisi yaşayan dünya məşhurları - SİYAHI

Övlad itkisi yaşayan dünya məşhurları - SİYAHI
Foto
Dünya 251

Bəzi dünya məşhurları həyatlarında yaşadığı faciə səbəbilə karyeralarında fasilələr ediblər. Bu onların övlad itkisi ilə bağlıdır. Mövcud vəziyyət onların şəxsi və sənət həyatına böyük təsir edib. 

BAKU.WS saytı karyerası dövründə övlad itkisi yaşayan dünya məşhurlarının siyahısını təqdim edir:

Böyük britaniyalı musiqiçi Erik Klaptonun oğlu Konor Klapton

Sənətçinin 4 yaşında oğlu Konor Klapton 1991-ci ildə Nyu-Yorkdakı göydələndən pəncərəsindən yıxılaraq dünyasını dəyişib. 

Klapton bu faciədən sonra "Tears in Heaven" adlı məşhur mahnısını yazdı. Mahnı oğluna həsr olunmuşdu və dünya miqyasında böyük emosional təsir yaratdı.

Hollivud ulduzu Silvestr Stallonenin oğlu Seyc Stallone

Seyc 2012-ci ildə, 36 yaşında ürək tutmasından vəfat edib. Stallone oğlunun ölümündən sonra uzun müddət mətbuatdan və karyerasından uzaqlaşdı. Bu itki onun şəxsi həyatına ciddi təsir göstərdi.

Avstarliyalı musiqiçi Nik Keyvin oğlu Artur Keyv

2015-ci ildə 15 yaşlı Arthur Britaniyada uçurumdan yıxılaraq həyatını itirdi.  Nik bundan sonra karyerasına emosional çalarlar gətirdi. "Skeleton Tree" albomu oğlunun ölümündən sonra yazılıb.

Hiphopçu Lorin Hillə Rohan Marlinin övladı

Lorin bir neçə dəfə analıqla bağlı çətinliklər yaşadığını və psixoloji gərginliklərlə səhnəyə çıxdığını açıqlayıb. Onların bir övladı erkən yaşda sağlamlıq problemləri yaşayıb. Lakin son anda ölümdən qurtulub.

Aktyor Kianu Rivzin həyat yoldaşı və körpəsi Kianu Rivz

1999-cu ildə Kianu Rivzlə sevgilisi Cennifer Simin körpəsi doğularkən ölüb.  Bu hadisə onların münasibətlərinə və aktyorun şəxsi həyatına ağır təsir etdi. Daha sonra  Cennifer Sim 2001-ci ildə avtomobil qəzasında dünyasını dəyişdi.

Oxşar xəbərlər

Son xəbərlər