Orhan Gencebayın həyat yoldaşı qonşusu ilə dalaşdı - ANBAAN GÖRÜNTÜ
Məşhur müğənni və aktyor Orhan Gencebayın həyat yoldaşı Sevim Emre qonşusu ilə dalaşarkən görüntülənib.
BAKU.WS xəbər verir ki, Sevimin Sarıyer Baltalimanındakı villasında qonşusu ilə mübahisə etdiyi görüntülər sosial şəbəkələrdə yayılıb.
Kadrlarda onları sakitləşdirməyə gələn qadına Sevimin "Get burdan!" deyərək psixoloji təzyiq etdiyi anlar yer alıb.
Qonşuların hansı səbəbdən mübahisə etdiyi isə açıqlanmayıb.
Xatırladaq ki, Orhan Gencebayın illərdir həyat yoldaşı Sevim Emre ilə bu villada yaşayır. Bu ilin ilk aylarında dəniz kənarındakı malikanə satışa çıxarılmışdı.
5 otaqlı 160 kvadratmetrlik villanın qiymətinin 107 milyon dollar olduğu iddia edilirdi.
Oxşar xəbərlər
Günəşdə güclü alışma baş verib
Günəşdə M2.8 sinifli güclü alışma qeydə alınıb və bu hadisə təxminən 32 dəqiqə davam edib. Enerji püskürməsi və onun Yer kürəsinin geomaqnit sahəsinə təsiri Tət...