Ömrünə az qalan qadın sağalmaq üçün 47 000 avro ödədi - Əməliyyat zamanı öldü

Türkiyədə 47 000 avroya əməliyyat edilən Bolqarıstan vətəndaşı İvanka Yordanova xəstəxanada ölüb.
BAKU.WS xəbər verir ki, ölümünə az qalan qadən sosial şəbəkədə həkim-professor Dr. S.Y. adlı cərrah tapır. Ona xərçəng xəstəsi olduğunu və əməliyyat olunmaq istədiyini bildirir. Qadın həyat yoldaşı ilə Türkiyəyə gəlir və müayinələrdən keçir. Həkin dərmanla müalicənin ardından əməliyyat olunacağını bildirir.
Qadın müalicələrə 20 000 avro verir. Əməliyyat üçün isə 35 000 avro tələb edilir. Lakin 3 ay ərzində əməliyyat qiymətləri artdığından qadın 47 000 avro ödəməli olur.
İvanka bunun böyük məbləğ olduğunu və hissə-hissə ödəmək istədiyini vurğulayır həkim isə bununla razılaşır.
Əəməliyyatdan əvvəl 22 000 avro ödənilir və 13 saat davam edən əməliyyat zamanı İvanka ölür.
İddiaya görə ailə ekspertiza tələb etdə də bu baş tutmayıb. Qadının ailəsi həkimə cinayət işinin açılmasını istəyib. Onlar həkimin müalicə dövründə yalnış dərmanlardan istifadə etməsindənn şübhələnirlər.
Həkim-professor Dr. S.Y. isə bu əməliyaytın təhlükəli olduğunu İvankaya bildirdiyini deyib. Qadın bütün bunları bilərək razılıq sənədinə qol çəkib.
"Onun xəstəliyi çox ağır idi. İndiyə kimi onlara "əməliyyat mümkün deyil" deyirdilər. "Müalicə şansı yoxdur." Dərman verildi. Bu, həm qaraciyərin qalan həcmini artırmağa, həm də şişi idarə etməyə imkan verdi. Üç ay gözlədi. Sonra analizləri Bu qiymətləndirdik. Bu onun qalan qaraciyərinin həcminin kifayət qədər artdığını göstərdi. Xəstənin qaraciyər çatışmazlığına düşməsinin qarşısını almaq üçün bu prosedurlarda həcmi kifayət qədər artırırıq. Bu qiymətləndirmələrdən sonra əməliyyata davam etmək qərarına gəldik. Əvvəlcədən xəstə ilə bir neçə dəfə danışdıq. Əməliyyatın riskləri və lazımi prosedurları izah etdik. Sonra xəstə öz təşəbbüsü ilə prosedura razılıq verdi. Bu xəstənin ömrü məhdud idi. Əməliyyat zamanı qan itkisi də olub. Biz gözlənilmədən şişin əsas arteriyaya nüfuz etdiyini aşkar etdik və onu uğurla çıxardıq. Əməliyyat başa çatıb və o, reanimasiyaya yerləşdirilib. DIC sindromu xərçəng əməliyyatından sonra qan itkisi səbəbindən qan köçürən xəstələrdə baş verə bilər. Müdaxilə edilib, lakin onu xilas etmək mümkün olmayıb".
Ailəsi geridə qalan 25 000 avronun ödənilməsi barədə sənəd imzaladıqdan sonra onun cənazəsi ailəsinə təhvil verilib.
Qalereya
Oxşar xəbərlər
Türkiyənin ən varlı adamı: "Anamın evində yaşayıram, evim yoxdur"
Türkiyənin ən varlı adamı Murat Ülker açıqlaması ilə təəccübləndirib. BAKU.WS xəbər verir ki, 5 milyard 400 milyon dollar sərvəti olan Murat anası ilə yaşadığın...
