Ölümcül virus Böyük Britaniyaya çatdı

Ölümcül virus Böyük Britaniyaya çatdı
Dünya 106

Böyük Britaniyada meymunçiçəyi virusunun potensial ölümcül ştammı olan Clade 1b-nin ilk yoluxmasına Londonda rast gəlinib.

BAKU.WS xəbər verir ki, bu barədə Birləşmiş Krallıq Sağlamlıq Təhlükəsizliyi Agentliyi açıqlama yayıb.

Qurum bildirib ki, Clade 1b ştammı ölkədə ictimai sağlamlıq riskinin "aşağı" səviyyəsindədir.

Məkumata görə, hadisə oktyabrın 21-də Afrikadakı tətildən qayıdan və İngiltərəyə gecə reysi ilə gələn şəxsdə müşahidə olunub. Bu şəxs uçuşdan 24 saat sonra qripə bənzər əlamətlər göstərib və oktyabrın 24-də bədənində səpgi əmələ gəlib.

Xəstə oktyabrın 27-də Londonda təcili yardımla xəstəxanaya yerləşdirilib. Orada aparılan analizdən sonra evə göndərilib və təcriddə saxlanılıb. Testi müsbət çıxan xəstə hazırda Londondakı Royal Free Hospitalın Yüksək Riskli Yoluxucu Xəstəliklər şöbəsində müalicə olunur.

Xəstə ilə təmasda olduğu təxmin edilən 10-dan az adam - onun ailə üzvləri hazırda izlənilir. Lakin meymunçiçəyinə yoluxmuş şəxslə təmasda olan şəxslərin sayı ilə bağlı araşdırmalar davam edir.

Xatırladaq ki, meymunçiçəyi yalnız yaxın təmas yolu ilə ötürülə bilər. Clade 1b mpox son aylarda Konqo Demokratik Respublikasında geniş şəkildə yayılıb və Burundi, Ruanda, Uqanda, Keniya, İsveç, Hindistan və keçən həftə Almaniya kimi ölkələrdə də hallar qeydə alınıb.

Mpox virusunun ümumi simptomları bədəndə blisterlər, ləkələr və ya xoralar, qızdırma, baş ağrısı, bel və əzələ ağrısı ilə səpgilər kimi tanınır. Səpkilər adətən qızdırma və digər simptomlardan 1-5 gün sonra görünür.

Oxşar xəbərlər

Castin və Heyli ayrılıb?

Castin və Heyli ayrılıb?

Bir neçə gün əvvəl Heyli Biberin 28 yaşı tamam olub. Bu yaxınlarda ilk dəfə ana olan model özəl gününü yaxınları ilə birlikdə qeyd edib və görüntüləri sosial şə...

94 Dünya 23:02 24 noyabr 2024

Son xəbərlər