Oktyabrın 31-nə qədər məşhur kurort zonasına giriş qadağan edildi - SƏBƏB

Oktyabrın 31-nə qədər məşhur kurort zonasına giriş qadağan edildi - SƏBƏB
Foto
Dünya 183

Yunanıstanın Zakintos adasında yerləşən və dünyanın ən məşhur turistik məkanlarından biri hesab olunan Navagio çimərliyi təhlükəsizlik səbəbindən müvəqqəti olaraq turistlərin üzünə bağlanıb.

Oktyabrın 31-nə qədər məşhur kurort zonasına giriş qadağan edildi - SƏBƏB

BAKU.WS xəbər verir ki, qərar bölgədə artan sürüşmə və qaya uçqunu riski ilə əlaqədar qəbul edilib.

Zakintos Bələdiyyəsi və Yunanıstan Turizm Nazirliyinin birgə yaydığı məlumata əsasən, çimərliyə giriş oktyabrın 31-dək qadağan edilib.

Oktyabrın 31-nə qədər məşhur kurort zonasına giriş qadağan edildi - SƏBƏB

Bu müddət ərzində turistlər əraziyə enə bilməyəcək, batıq gəmini və körfəzi yalnız xüsusi müşahidə platformalarından izləyə biləcəklər.

Firuzəyi rəngli dənizi, ağ qumlu sahili və sahildə yerləşən batıq gəmi ilə tanınan Navagio körfəzi hər il on minlərlə turistin diqqətini cəlb edir və dünyanın ən çox şəkli çəkilən məkanlarından biri sayılır.

Məhdudiyyət qərarının verilməsinə ötən həftə baş vermiş ciddi hadisə də təsir edib.

Məlumata görə, ABŞ-dan olan bir turist uçurum sahəsində baş verən sürüşmə nəticəsində yıxılaraq ağır xəsarətlər alıb.

Mütəxəssislər bildirirlər ki, Navagio körfəzini əhatə edən yüksək qayalıqlarda zaman-zaman qaya parçalarının qopması və torpaq sürüşmələri müşahidə olunur.

Oktyabrın 31-nə qədər məşhur kurort zonasına giriş qadağan edildi - SƏBƏB

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər