Oğluna toy edib evləndirən ata axırda özünü asdı

Oğluna toy edib evləndirən ata axırda özünü asdı
Video
Dünya 47

Türkiyədə ağılasığmaz olay yaşanıb.

BAKU.WS xəbər verir ki, Çanakkalenin Biga bölgəsində yaşayan Ramazan Gümüşsoy psixoloji problemi olan oğlu Muammer Gömüşsoyu evləndirmək üçün Əlcəzairdən Hadil Ayad adlı qız tapıb.

O bu qızı tapmaq üçün tanışına 500 000 lirə (20 000 AZN) ödəniş edib.

Daha sonra Hadil Ayad Çanakkaleyə gəlib və oktyabrın 27-də Muammerlə evlənib.

Lakin gəlin, ötən həftə toyda ona taxılan bütün qızıl və pulları götürərək aradan çıxıb.

Muammer işdən evə gələndə həyat yoldaşını tapa bilməyib. O bu barədə atası Ramazan Gümüşsoya bildirib. 50 yaşlı Ramazan dələduzların qurbanı olduğunu anlayıb və özünü evin tavanından asıb.

Baş vermiş hadisə ilə bağlı Biga Baş Prokurorluğunda cinayət işi açılıb. Sözügedən gəlin Hadil Ayadın axtarışları davam etdirilir.

Son xəbərlər