Novorossiyskdə elmi-tədqiqat gəmisi batdı
Rusiyanın Navorossiyski vilayətində Şirşov adına Okeanologiya İnstitutuna məxsus "Aşamba" adlı elmi-tədqiqat gəmisi batıb.
BAKU.WS gazeta.ru-ya istinadən xəbər verir ki, hadisə "7 fut" yaxt klubunun ərazisində baş verib.
İlkin məlumata görə, gəminin batmasına güclü buzlanma və stabilliyini itirməsi səbəb olub. Hadisə nəticəsində xəsarət alan olmayıb. Hazırda Qara dənizdə çirklənmə qeydə alınmayıb.
Məlumata görə, gəmi sahibi ətraf mühitin çirklənməsinin qarşısını almaq üçün dizel yanacağı olan gəminin ətrafına qoruyucu baryerlər yerləşdirəcək.
Qeyd edək ki, gəminin sudan çıxarılması üçün hazırlıq işləri aparılır.
Oxşar xəbərlər
Türkiyədə daha bir bələdiyyə sədri həbs edildi
Türkiyənin İstanbul şəhərinin Üsküdar rayonunun bələdiyyə sədri Sinem Dedetaş barəsində həbs qətimkan tədbiri seçilib. BAKU.WS xəbər verir ki, o, tikinti və ist...