Nostradamusun 2026-cı illə bağlı dəhşətli proqnozları ortaya çıxdı
Fransalı tanınmış astroloq Nostradamusun 2026-cı illə bağlı dəhşətli proqnozları üzə çıxıb.
BAKU.WS xəbər verir ki, onun gələn il üçün qeyd etdiyi kəhanətlərdə gündüz vaxtı ildırım çaxacağı və göy üzündən yerə adam düşəcəyi qeyd edilib.
Bu ildırım çaxmasının mikro dalğalar olduğu zənn edilir. Bundan başqa yeni pandemiyanın yayılacağı da bildirilib.
Nostradamus müharibələrin də olacağını vurğulayıb. Bunun isə Avropada siyasi gərginliyin, o cümlədən Rusiya-Ukrayna arasında davam edən müharibə olduğu zənn edilir.
Böyük bir arı sürüsü ortaya çıxacaq. Bu isə arıların edkoloji mühitdə yenidən güclənəcəyinə və eşşək arılarının geri dönüşü kimi qiymətləndirilir.
Kəhanətlər arasında dənizdə böyük müharibələrin olacağı da yer alıb. Bunun üçün ən iddialı yer Çinin cənub sahilləri olacaq.
Madrid əsilli bir liderin ox yarası alacağı qeyd edilib. Bu isə İspaniyada daxili toqquşmalar olacağından xəbər verir.
Dünya şəhərlərindən birində pis qoxu yayılacaq. Bu İsveçrənin Lozanna şəhəri olacaq.
Oxşar xəbərlər
Hon Konqda binada baş verən yanğında 44 sakin ölüb, 279-nun taleyi bəlli deyil
Hon Konqda "Tay Pod" adlı çoxmərtəbəli yaşayış kompleksində güclü yanğın olub. BAKU.WS "BBC"yə istinadən xəbər verir ki, hadisə zamanı azı 44 sakin həyatını it...