Nikoşur Dan Rusiyanın Konstansa şəhərindəki baş konsulunu "persona non-grata" elan edib
Rumıniya Prezidenti Nikoşur Dan Rusiyanın Konstansa şəhərindəki baş konsulu Andrey Kosilini arzuolunmaz şəxs ("persona non-grata") elan edib.
BAKU.WS report-a istinadən xəbər verir ki, N.Dan həmçinin Rusiyanın Konstansadakı baş konsulluğunun bağlanması barədə sərəncam verib.
Bu addım ölkənin Ali Müdafiə Şurasının iclasının nəticələrinə əsasən atılıb. İclasda Qalatsdakı insident müzakirə olunub – Rusiyaya məxsus "Geran-2" pilotsuz uçuş aparatı istiqamətindən kənara çıxaraq Rumıniya ərazisinə daxil olub və yaşayış evinə zərbə endirib, nəticədə iki nəfər yaralanıb.
N.Dan vurğulayıb ki, bu insidentə görə bütün məsuliyyət Rusiyanın üzərinə düşür, bununla əlaqədar konsulluğun bağlanması və diplomatın ölkədən çıxarılması barədə qərar qəbul edilib.
O həmçinin SAFE mexanizmi çərçivəsində hava hücumundan müdafiə vasitələrinin alınması barədə məlumat verib. Bu məsələ ilə bağlı müqavilələr yaxın günlərdə imzalanacaq, tədarüklərin isə 1–2 il ərzində həyata keçirilməsi gözlənilir.
Rumıniya lideri həmçinin dronların birgə istehsalı üzrə Ukrayna ilə əməkdaşlıqdan, eləcə də dron əleyhinə sistemlərinin işlənib hazırlanması və sınaqdan keçirilməsinin sürətləndirilməsi üçün ABŞ və Böyük Britaniya ilə qarşılıqlı əlaqə mexanizmindən bəhs edib.
Oxşar xəbərlər
Rusiyaya məxsus sərnişin təyyarəsi doluya görə zədələndi - Sankt-Peterburqa uça bilmədi
Rusiyanın "Rossiya" aviaşirkətinə məxsus sərnişin təyyarəsi Mineralnıye Vodı hava limanında dayanacaqda olarkən güclü dolunun təsirindən zədələnib. BAKU.WS xəbə...