Niderland Ukrayna üçün dronlara 700 milyon avro sərmayə qoya bilər
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna Prezidenti Volodimir Zelenski Niderlandın Baş naziri Dik Shof ilə telefon danışığı keçirib və liderlər Ukraynaya yeni yardım imkanlarını müzakirə ediblər.
"Report" "RBK-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Shof "X" sosial şəbəkəsində məlumat verib.
Onun sözlərinə görə, Londondakı sammitdən sonra Zelenski ilə Ukraynada baş verənlərlə bağlı danışmaq onun vacib idi.
"Digər məsələlərlə yanaşı, Niderlandın qismən Ukraynanın müdafiə sənayesinə yönəlmiş pilotsuz uçuş aparatları sahəsinə 700 milyon avro investisiya paketindən danışdıq", - Baş nazir vurğulayıb.
O bildirib ki, Niderland Rusiyaya qarşı müharibədə Ukraynanı dəstəkləyir və buna görə də Amsterdam bu ölkəyə siyasi, hərbi, maliyyə və mənəvi yardımlarını davam etdirəcək.
Oxşar xəbərlər
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
ABŞ Konqo Demokratik Respublikasının (KDR) şərqində fəaliyyət göstərən M23 silahlı qruplaşmasına dəstək verdiyinə görə Ruanda Müdafiə Nazirliyi və bir maliyyə t...