Netanyahu İsrailin Qəzzadakı kilsəyə zərbəsindən sonra Roma Papasına zəng edib

İsrailin Baş naziri Benyamin Netanyahu İsrailin Qəzzadakı Müqəddəs Ailə kilsəsinə mərmi düşməsindən sonra Roma Papası XIV Levə zəng edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Müqəddəs Taxtın mətbuat xidməti məlumat yayıb.
"Söhbət zamanı Roma Papası yenidən danışıqların bərpasına, atəşkəsə və müharibənin dayandırılmasına çağırıb. O, Qəzza sektorunda yaranmış vəziyyətlə bağlı narahatlığını bir daha ifadə edib", - sənəddə qeyd olunur.
Roma Papası ibadət yerlərinin, Fələstin və İsrailin bütün sakinlərinin müdafiəsinin təxirəsalınmaz zərurətini yenidən vurğulayıb.
Daha əvvəl Netanyahu Qəzzadakı kilsəyə "təsadüfi mərmi" düşməsi ilə bağlı İsrailin təəssüfləndiyini bildirib. O, hadisənin araşdırıldığını və İsrailin "dinc sakinlərin və müqəddəs yerlərin müdafiəsinə sadiq qaldığını" bildirib.
Qəzzadakı yeganə katolik kilsəsinə zərbə nəticəsində üç nəfər həlak olub, doqquz nəfər yaralanıb.
Oxşar xəbərlər
Castin Biberin 31 milyon dollarlıq borcunu həyat yoldaşı ödəyəcək?
Müğənni Castin Biberin keçmiş meneceri Skuter Brauna olan borcunu həyat yoldaşı Heyli Biber ödəyəcək. BAKU.WS xəbər verir ki, bu barədə TMZ məlumat yayıb. Qey...