Nəsrullahın ölümündən sonra "Hizbullah"dan ilk açıqlama - İsrail təhdid edildi
Yeniliklərdən dərhal xəbərdar olun
İsrail ordusunun avia zərbələri zamanı Həsən Nəsrullahın ölümündən sonra "Hizbullah" təşkilatından ilk açıqlama gəlib.
BAKU.WS "haberler.com"a istinadən xəbər verir ki, canlı yayımda çıxış edən "Hizbullah"ın baş katibinin müavini Şeyx Naim Qasim bildib ki, hərəkat heç bir halda İsrail ordusuna təslim olmayacaq.
"Biz heç vaxt meydandan çəkilməyəcəyik, düşmənlə vuruşacağıq. İsrail qurudan hücum edərsə, hazırıq",-deyə təşkilat rəsmisi vurğulayıb.
Şeyx Naim Qasim əlavə edib ki, ötən gün həyatını itirən Həsən Nəsrullah ölkədə insanların qəlbini fəth edən bir şəxs olub: "Xalq Nəsrullahı sevirdi. Nəsrullah Fələstinə aşiq idi. Ailəsinə başsağlığı verirəm.
Bizə zərbə vurdular, amma biz yolumuza davam edəcəyik".
Oxşar xəbərlər
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
ABŞ Konqo Demokratik Respublikasının (KDR) şərqində fəaliyyət göstərən M23 silahlı qruplaşmasına dəstək verdiyinə görə Ruanda Müdafiə Nazirliyi və bir maliyyə t...