Nepal qadınları uşaqlarına bu genləri ötürür
Yeniliklərdən dərhal xəbərdar olun
Corc Meyson Universiteti və digər elmi müəssisələrdən olan amerikalı alimlər Nepalın yüksək dağlıq bölgələrində yaşayan əhali arasında təkamül prosesinin əlamətlərini aşkar ediblər.
BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, komanda Tibetlə sərhəddə yerləşən Yuxarı Mustanq bölgəsində, dəniz səviyyəsindən 3500-4100 metr yüksəklikdə yerləşən kəndlərdə yaşayan 46-86 yaş arası 400-dən çox qadının fizioloji göstəricilərini öyrənib.
Yüksək dağlıq ərazilərin sakinləri aşağı atmosfer təzyiqi səbəbindən bədənə daxil olan oksigen miqdarının azalması kimi sərt mühit şəraitləri ilə qarşılaşıblar. Oksigen çatışmazlığı (hipoksiya) qarışıq düşüncə, nəfəs darlığı kimi təhlükəli hallardan tutmuş ölümcül olan kəskin dağ xəstəliyi və beyin ödeminə qədər geniş problem yarada bilər.
Yeni tədqiqatda alimlər dağ kəndlərində qadınların neçə uşaq dünyaya gətirdiyini öyrəniblər. Həmçinin müxtəlif fizioloji ölçmələr apararaq yerli qadınların DNT-sini təhlil ediblər.
Məlum olub ki, daha çox uşaq doğan qadınlarda qanın oksigen daşımasına cavabdeh olan hemoqlobin səviyyəsi normal olub. Lakin onların hemoqlobini daha az uşaq dünyaya gətirən qadınlarla müqayisədə daha çox oksigen daşımağa malikdir.
Bundan əlavə, çox sayda uşağı olan qadınlarda ağciyərlərə qan axını güclənib.
Tədqiqatçılar müəyyən ediblər ki, qadınların təxminən 80%-i EPAS1 kimi tanınan və qandakı hemoqlobin konsentrasiyasını aşağı saldığı hesab edilən gen variantını daşıyır.
Bu, qeyri-adi görünə bilər, çünki aşağı hemoqlobin səviyyəsi qanda daha az oksigen daşıya biləcəyiniz anlamına gəlir. Ancaq çox yüksək hemoqlobin səviyyəsi qanı qatılaşdıraraq insanları xroniki dağ xəstəliyi kimi tanınan vəziyyətə qarşı həssas edə bilər.
Mütəxəssislər, EPAS1 variantının belə geniş yayılması faktının bu gen versiyasının nəsildən-nəslə ötürülməsi üçün güclü bir təzyiq olduğunu vurğulayıblar.
Oxşar xəbərlər
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
ABŞ Konqo Demokratik Respublikasının (KDR) şərqində fəaliyyət göstərən M23 silahlı qruplaşmasına dəstək verdiyinə görə Ruanda Müdafiə Nazirliyi və bir maliyyə t...