Nəhəng otellər şəbəkəsi iflas etdi
2017-ci ildə qurulan və Nyu-York, Mayami, Yeni Orlean və Los-Ancelesdə 1000-dən çox otaqla fəaliyyət göstərən nəhəng otellər şəbəkəsi LuxUrban iflas elan edib.
BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, şirkət ABŞ-nin Nyu-York Cənub Dairəsi İflas Məhkəməsinə müraciət edərək iflasdan qorunma proseduruna başlanılması üçün ərizə verib.
Buna baxmayaraq, otellərdə rezervasiya edən bəzi qonaqlar gələndə qapılarda "Bağlıyıq" elanları ilə qarşılaşıblar. Məsələn, Manhettendə yerləşən "Toskana" və Çelsidəki "Hotel 27"də qapılara bağlanma xəbərdarlığı vurulub. Halbuki həmin otellərin rezervasiya sistemləri sentyabrın 19-na qədər açıq olub.
Şirkətin iflasına əsas səbəb pandemiyadan sonra artan səyahət tələbinə baxmayaraq, yüksələn əməliyyat və əmək xərclərinə tab gətirə bilməməsi göstərilir. Xüsusilə dəbdəbəli və orta səviyyəli seqmentlərdə bu vəziyyət iflasların yeni dalğasına səbəb olub.
Müəyyənliksizlikdən yalnız müştərilər deyil, həm də işçilər zərər çəkib. Bəzi təmizlik işçiləri işə qayıdanda menecerlərin yoxa çıxdığını görüblər. Onlardan bəzilərinə isə sadəcə qısa istefa mesajları göndərildiyi bildirilir.
Məhkəməyə təqdim olunan sənədlərdə LuxUrban fəaliyyətini borclu kimi davam etdirməyi planlaşdırdığını qeyd etsə də, hazırda bəzi otellər bağlanıb, bəziləri isə satılıb.
Oxşar xəbərlər
Rusiya ordusunda döyüşən azərbaycanlı həlak oldu
Rusiya-Ukrayna müharibəsində daha bir həmyerlimiz həlak olub. BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, Rusiya ordusu sıralarında döyüşlərə qatılan Lənkər...