NATO: Qrenlandiya Danimarkanın tərkibində qalmalıdır
NATO Qrenlandiyanın Danimarkanın tərkibində qalmalı olduğunu hesab edir və alyansın bütün Arktika ölkələrini Arktikada Rusiya və Çinə qarşı mübarizədə fəal əməkdaşlığa çağırır.
"Report"un məlumatına görə, bu barədə NATO-nun Baş katibi Mark Rutte Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib.
"Qrenlandiya Danimarkanın bir hissəsidir və belə də qalır. Amma bu, Arktikaya nəzarətlə bağlı daha geniş məsələdir və burada ABŞ də daxil olmaqla, NATO-nun bütün Arktika ölkələri Rusiya və Çinə qarşı mübarizədə fəal əməkdaşlıq etməlidirlər", - Rutte "Danimarkaya kim nəzarət etməlidir?" sualına cavab olaraq deyib.
Oxşar xəbərlər
ABŞ turist və biznes vizaları üçün 20 min dollara qədər depozit tətbiq edəcək
ABŞ avqustun 3-dən etibarən bəzi ölkələrin vətəndaşları üçün turist və biznes vizaları üzrə depozit sistemi tətbiq edəcək. BAKU.WS Oxu.Az-a istinadən xəbər veri...