NASA Yupiterin indiyə qədərki ən aydın fotolarını yayımladı
Yeniliklərdən dərhal xəbərdar olun
NASA-nın Juno kosmik gəmisi Yupiter planetinin tarixdəki ən detallı şəkillərini Yerə göndərib.
BAKU.WS xəbər verir ki, bu barədə Newsweek məlumat yayıb.
Nəşr qeyd edib ki, "Onun Yerə göndərdiyi şəkillərin son dəsti həqiqətən təsiredicidir".
Zond oktyabrın 23-də qazdan ibarət nəhəng planetə 66-cı yaxınlaşma zamanı fotoşəkillər çəkib.
Bundan əlavə, Juno 250 × 146 × 128 km ölçüdə Yupiterin peyki olan Amaltheaya yaxınlaşmağı bacarıb.
Kosmik gəmi 2011-ci ildə buraxılıb və beş il sonra, 2016-cı ildə Yupiterə çatıb. O vaxtdan bəri, zond planetin və onun peyklərinin yaxınlığında işləyir, şəkillər çəkir və kiçik detallarla dolu məlumatları geri göndərir.
Qalereya
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...