Münxen beynəlxalq hava limanı naməlum uçan obyektə görə fəaliyyətini dayandırıb
Yeniliklərdən dərhal xəbərdar olun
Münxen beynəlxalq hava limanı səmada pilotsuz uçuş aparatı olduğu ehtimal edilən naməlum obyektin görünməsi səbəbindən bağlanıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki bu barədə "Bild" nəşri Federal Polis nümayəndəsi Ştefan Bayer bildirib.
"Səhər saat 9 radələrində pilotlar şübhəli obyekt müşahidə ediblər", - o qeyd edib.
Hər iki uçuş-eniş zolağında hərəkət dayandırılıb, polis genişmiqyaslı əməliyyat keçirir. Polis əməkdaşları PUA ilə bağlı əlavə dəlillərin olub-olmadığını yoxlayırlar. Əməliyyata helikopter də cəlb edilib.
Təhlükəsizlik məqsədilə uçuşlar müvəqqəti dayandırılıb və nə zaman bərpa olunacağı məlum deyil.
Oxşar xəbərlər
ABŞ-də nüvə laboratoriyasında yanğın: radioaktiv maddələr sızdı
ABŞ-nin Cənubi Karolina ştatında yerləşən nüvə kompleksində yanğın baş verib. Hadisə zamanı radioaktiv maddələrin ətraf mühitə sızması qeydə alınıb. Təhlükəsizl...