Almaniyada maşını insanların üzərinə sürən şəxsin Əfqanıstan vətəndaşı olduğu üzə çıxıb - TƏFƏRRÜAT
Yeniliklərdən dərhal xəbərdar olun
Münhendə Əfqanıstan vətəndaşı olan sürücü avtomobili qəsdən izdihamın üzərinə sürüb və nəticədə uşaqlar da daxil olmaqla azı 20 nəfər xəsarət alıb.
BAKU.WS xəbər verir ki, bu barədə çərşənbə günü, fevralın 13-də "Bild" nəşri məlumat yayıb.
Bildirilib ki, hadisə Münhen Təhlükəsizlik Konfransının keçirildiyi yerin yaxınlığında baş verib. Polis odlu silahdan istifadə etdiyi iddia edilən sürücünü saxlayıb. Həmçinin hadisə yerində iki nəfərin olduğu, onlardan birinin vurulmuş ola biləcəyi barədə məlumatlar var.
***15:20
Münhendə baş verən avtonəqliyyat hadisəsi nəticəsində azı 20 nəfər xəsarət alıb.
BAKU.WS "Bild"ə istinadən xəbər verir ki, onlardan bəzilərinin vəziyyəti ağırdır.
Nəşrin məlumatına görə, həlak olanlar arasında uşaqlar da var. İki nəfər də ağır yaralanıb, təcili yardım maşınları hadisə yerindədir.
Fevralın 13-də Münhendə "Smart" markalı avtomobil piyadaların üzərinə sürüb. Hadisə şahidlərinin sözlərinə görə, insident aksiyanın keçirildiyi yerdə baş verib. Orada Verdi həmkarlar ittifaqı tərəfindən sosial işçilərin tətili təşkil edilirdi.
Daha sonra yerli hüquq-mühafizə orqanları avtomobilin sürücüsünün hadisə yerində saxlanıldığını bildiriblər.
Oxşar xəbərlər
ABŞ-də nüvə laboratoriyasında yanğın: radioaktiv maddələr sızdı
ABŞ-nin Cənubi Karolina ştatında yerləşən nüvə kompleksində yanğın baş verib. Hadisə zamanı radioaktiv maddələrin ətraf mühitə sızması qeydə alınıb. Təhlükəsizl...